ABŞ-da Xocalı aksiyası

ABŞ-da Xocalı aksiyası ABŞ-ın Çikaqo şəhərində Xocalı soyqırımının ildönümü ilə bağlı aksiya keçirilib.
Miçiqan küçəsində reallaşan nümayişdə Ermənistanın Xocalıda törədiyi qətliama, Qarabağ işğalına etiraz edilib.
Aksiyada Amerikada yaşayan azərbaycanlılardan əlavə, Türkiyə vətəndaşları, diplomatları da iştirak edib. Aksiyada “Ermənistan beynəlxalq qaydaları pozur”, “Xocalıya ədalət”, “Erməni əsgərləri Azərbaycandan çıxsın” kimi plakatlar qaldırılıb, “Qarabağ Azərbaycanındır, Azərbaycanın da qalacaq” kimi şüarlar səsləndirilib.

Tehsil-press.az

Oxşar xəbərlər