BDU-nun əməkdaşı İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun fəxri üzvü seçilib

BDU-nun əməkdaşı İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun fəxri üzvü seçilib Bakı Dövlət Universiteti (BDU) jurnalistika fakültəsinin əməkdaşı, doktorant Leyla Rəşid İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun (IREPI) fəxri üzvü seçilib.
IREPI bir araşdırma mərkəzi kimi Avropa, Amerika, Asiya və Afrika dövlətlərində siyasət, sosiologiya və beynəlxalq iqtisadiyyat sahəsində analitik tədqiqatlar aparır. IREPI mövcud qloballaşmış cəmiyyətin və yeni transmilli fenomenlərin təhlili və innovativ beynəlxalq layihələrin hazırlanması məqsədilə dünyanın müxtəlif ölkələrindən olan geoanalitiklərin, analitik jurnalistlərin və tədqiqatçıların bir platformada fəaliyyətini təmin edir.

BDU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər