Yaponiya Baş nazirinin müşaviri “ADA” Universitetində tələbələrə mühazirə oxuyub

Yaponiya Baş nazirinin müşaviri “ADA” Universitetində tələbələrə mühazirə oxuyub Martın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində “ADA” Universitetində “Yapon diplomatiyası və geosiyasi maraqlar” mövzusunda tədbir keçirilib.
Bilik Fondu, Yaponiyanın ölkəmizdəki səfirliyi və “ADA” Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə universitetin prorektoru Fariz İsmayılzadə qonaqları tədbir iştirakçılarına təqdim edib. Prorektor Bilik Fondu ilə birgə maarifləndirici tədbirlərə başladıqlarını qeyd edərək, belə tədbirlərin cəmiyyətin maarifləndirilməsi baxımından yüksək əhəmiyyətə malik olduğunu deyib.
Bilik Fondunun beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov təmsil etdiyi qurumun "Azərbaycan elmi dünyada" və "Dünya elmi Azərbaycanda" layihələri haqqında, eləcə də fondun nəzdində fəaliyyət göstərən "Diplomatlar" klubu barədə danışıb.
R.Həsənov beynəlxalq əlaqələr sahəsində təhsil alan gəncləri kluba üzv olmağa dəvət edib və Azərbaycanın dünyada tanıdılması işinə onların töhfələr verəcəyinə inandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan gəncliyi elmi, savadı, intellektual səviyyəsi, dövlətçilik sevgisi ilə nümunəvi davranış sərgiləyir və belə münasibətin daha da inkişafı istiqamətində fond maraqlı layihələrə imza ata bilər.
Tədbirdə Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri, Keyo Universitetinin professoru Tomohiko Taniquçi “Yapon diplomatiyası və geosiyasi maraqlar” mövzusunda mühazirə oxuyub.
Tomohiko Taniquçi ölkələrimiz arasındakı siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluğunu dilə gətirərək, bu kimi görüşlərin Yaponiya-Azərbaycan münasibətlərinin inkişafına təkan verəcəyini bildirib.
Professor qeyd edib ki, son illər ərzində Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlər daha da dərinləşib. Müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadiyyat, sənaye sahələrində əməkdaşlıq inkişaf edir. Professor bildirib ki, qarşılıqlı elmi mübadilələrin davamlılığına ehtiyac var və konkret layihələr əsasında bu zərurətə cavab vermək mümkündür.
Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katorinin, universitetin müəllim və tələbə kollektivinin, Bilik Fondunda fəaliyyət göstərən klub üzvlərinin iştirak etdikləri tədbir dialoq formatında keçib. Qonaqlar iştirakçıların suallarını ətraflı cavablandırıblar.

ADA-nın Mətbuat Xidməti


Yaponiya Baş nazirinin müşaviri “ADA” Universitetində tələbələrə mühazirə oxuyub

Yaponiya Baş nazirinin müşaviri “ADA” Universitetində tələbələrə mühazirə oxuyub

Yaponiya Baş nazirinin müşaviri “ADA” Universitetində tələbələrə mühazirə oxuyub

Yaponiya Baş nazirinin müşaviri “ADA” Universitetində tələbələrə mühazirə oxuyub

Oxşar xəbərlər