Azərbaycanın qızıl ehtiyatı 2 dəfədən çox artıb

Azərbaycanın qızıl ehtiyatı 2 dəfədən çox artıb Son illərdə kəşf olunmuş yataqlar hesabına Azərbaycanın qızıl ehtiyatı 2 dəfədən çox artıb.
Müxtəlif ərazilərdə yerləşən Tülallar, Başqışlaq, Kəpəz və s. qızıl yataqlarında aparılmış əlavə qiymətləndirmələr nəticəsində onların ehtiyatları dəqiqləşdirilib. Nəticədə qiymətli metalların hasilatı və ixracı sahəsində ciddi nailiyyətlər əldə edilib.
ğYalnız 2017-cü ildə 150 min unsiya qiymətli metal ixrac edilib və ölkə iqtisadiyyatına 121 milyon manatdan çox gəlir daxil olub.
Ümumilikdə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 35 qeyri-filiz yatağı, o cümlədən 2 əhəngdaşı, 1 mergel, 2 qum, 10 qum-çınqıl, 3 gilcə, 1 qum-gil, 14 gil, 1 əqiq-xalsedon və 1 andezit-bazalt yatağı qiymətləndirilib.

Tehsil-press.az

Oxşar xəbərlər