Böyük Britaniyanın Baş naziri Tereza Mey Londonda törədilmiş terror aktında 11 ölkənin vətəndaşlarının zərər çəkdiyini bildirib.
Təhsil-press.az-ın RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Baş nazir bildirib ki, zərər çəkənlərin 12-i britaniyalı, 3-ü fransız, 2-i rumıniyalı, 4-ü Cənubi Koreya vətəndaşı, Polşa, İrlandiya, Çin, ABŞ və İtaliyadan hər birindən 1 nəfər, 2 nəfər isə Yunanıstan vətəndaşlarıdır.
Qeyd edək ki, ötən gün Böyük Britaniyanın parlament binası yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər isə yaralanıb.
Təhsil-press.az