Azərbaycan Kooperasiya Universiteti ilə Türkiyənin Akdəniz Universiteti arasında qarşılıqlı əməkdaşlıq protokolları imzalanıb

Azərbaycan Kooperasiya Universiteti ilə Türkiyənin Akdəniz Universiteti arasında qarşılıqlı əməkdaşlıq protokolları imzalanıb Milli Məclisin deputatı, Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor Eldar Quliyevin Türkiyənin Antalya şəhərində işgüzar səfəri davam edir.
Qeyd edək ki, Eldar Quliyev səfər çərçivəsində Antalya şəhərinin Valisi Münir Karaloğlu ilə görüşüb. Eyni zamanda o, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Akdəniz Universiteti ilə əməkdaşlıq protokollarının imzalanması mərasimində də iştirak edib.
Azərbaycanın qardaş ölkədəki səfiri Xəzər İbrahim, səfirliyin əməkdaşları, Azərbaycan diosporunun nümayəndələri və azərbaycanlı tələbələrin iştirak etdiyi təntənəli tədbirdə Eldar Quliyev çıxış edib. Çıxışında Azərbaycanla Türkiyə arasında olan qardaşlıq, dostuluq əlaqələrinə toxunaraq bildirib ki, Azərbaycan və Türkiyə istənilən məsələdə bir-birinə dayaqdır. Bu gün ölkələrimiz arasında əlaqələr ən yüksək səviyyədədir, strateji önəm daşıyır və dünyada analoqu yoxdur. Azərbaycan hər zaman Türkiyənin dəstəyini hiss edib və bizim dövlətimiz də daim Türkiyənin yanında olub.
Eldar Quliyev Azərbaycanda 2018-ci ilin kifayət qədər önəmli il olmasını vurğulayaraq qeyd edib ki, "Azərbaycanda bu ilin aprelində prezident seçkiləri keçiriləcək və ölkəmiz seçkilərin keçirilməsinə tam hazırdır. Eyni zamanda, xalqımız qarşıdakı may ayında iki tarixi hadisəni də qeyd edəcək, həm xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi qeyd ediləcək. Belə bir möhtəşəm ildə, belə tarixi hadisələrə canlı şahidlik etmək isə olduqca qürurvericidir".
Sonda Azərbaycan Kooperasiya Universiteti ilə Türkiyənin Akdəniz Universiteti arasında qarşılıqlı əməkdaşlıq protokolları imzalanıb.

AKU-nun Mətbuat Xidməti


Azərbaycan Kooperasiya Universiteti ilə Türkiyənin Akdəniz Universiteti arasında qarşılıqlı əməkdaşlıq protokolları imzalanıbAzərbaycan Kooperasiya Universiteti ilə Türkiyənin Akdəniz Universiteti arasında qarşılıqlı əməkdaşlıq protokolları imzalanıbAzərbaycan Kooperasiya Universiteti ilə Türkiyənin Akdəniz Universiteti arasında qarşılıqlı əməkdaşlıq protokolları imzalanıb
Azərbaycan Kooperasiya Universiteti ilə Türkiyənin Akdəniz Universiteti arasında qarşılıqlı əməkdaşlıq protokolları imzalanıb

Oxşar xəbərlər