Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Qyu Qərbi Kaspi Universitetinin tələbələri ilə görüşüb.
Rektor Andris Leitas qonağa ali təhsil ocağı barədə məlumat verib. Rektor qeyd edib ki, rəhbərlik etdiyi universitet son illərdə tədrisin keyfiyyətinin artırılmasına yönəlmiş proqramlar və infrastruktur layihələri həyata keçirib. Bu tədris ilindən etibarən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparan universitetdə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də tələbələrin praktik layihələr üzərində işləməsi üçün texnopark qurulub.
Koreya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri barədə danışan səfir qeyd edib ki, iki ölkə arasında olduqca yaxşı münasibətlər formalaşıb, əlaqələr yaranıb. Azərbaycanın son illərdə sürətli sosial-iqtisadi inkişafa nail olduğunu bildirən Kim Çanq-Qyu vurğulayıb ki, bu tərəqqi özünü yüksək texnologiyalar sahəsində də göstərir. Səfir bildirib ki, Koreya və Azərbaycan bu sahədə ardıcıl olaraq əməkdaşlıq edir: “Ölkələrimiz müxtəlif istiqamətlər üzrə, eləcə də informasiya- kommunikasiya texnologiyaları, yüksək texnologiyalar və təhsil sahəsində əməkdaşlıq edir. Yüzədək azərbaycanlı Koreyada təhsil alır. Bizim ölkəmizdə Azərbaycana maraq var. Hər il xeyli sayda koreyalı turist zəngin Azərbaycan mədəniyyəti ilə tanış olmaq üçün bu ölkəyə gəlir”.
Sonra səfir sualları cavablandırıb. Kim Çanq-Qyu tələbələrin dünyada baş verən proseslərə yanaşmasını yüksək qiymətləndirib, gənclərlə fikir mübadiləsindən məmnunluğunu dilə gətirib.
Tehsil-press.az