Qərbi Kaspi Universiteti Texnoparkı aprel ayından başlayaraq hər həftə ölkənin müxtəlif rayonlarında məktəblilər üçün robototexnika təlimləri keçirəcək.
“Məktəbli mühəndislər” layihəsi çərçivəsində keçiriləcək təlimlərin məqsədi texnologiya mühəndisliyi ixtisaslarının məktəblilər arasında təbliği və robototexnika mühəndisliyinə marağı olan şagirdlərdə baza bilik və bacarıqlarını formalaşdırmaqdır.
Layihə çərçivəsində Robototexnika Klubunun üzvləri müəllimləri ilə birgə bölgələrdə yerləşən məktəblərə gedərək orada şagirdlərə təlim keçəcək, eləcə də praktik olaraq LEGO robotları üzərində işləməyə şərait yaradacaqlar.
Tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda, infrastruktur layihələri həyata keçirən Qərbi Kaspi Universitetində bu tədris ilindən Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də Yüksək Texnologiyalar Parkı (Texnopark) fəaliyyət göstərir. Texnoparkda biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası, ideya bankı və başqa mərkəzlər var. Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. Belə ki, ideyası olan tələbələr və şagirdlər texnoparka müraciət edərək dəstək ala bilirlər. Texnopark orta məktəb şagirdlərini də müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir.
Tehsil-press.az