Sumqayıtın Tarixi Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər günü ilə əlaqədar tədbir keçirilib

Sumqayıtın Tarixi Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər günü ilə əlaqədar tədbir keçirilib Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Sumqayıtın Tarixi Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər günü ilə əlaqədar tədbir keçirilib. Tədbir “Naxçıvan İslam mədəniyyətinin paytaxtı–2018” mədəniyyət ili çərçivəsində Azərbaycanın gözəl güşələrindən olan Naxçıvan Muxtar Respublikasındakı tarixi abidələrə həsr olunub. Bu münasibətilə hazırlanmış “Azərbaycan memarlıq abidələri” adlı mühazirə oxunub. Bildirilib ki, Azərbaycan tarixində xüsusi yeri olan Naxçıvan qədim abidələrlə zəngindir. Burada 1162 tarixi-mədəniyyət abidəsi var ki, onların da 58-i dünya əhəmiyyətlidir.
Sonra Beynəlxalq Abidələr və Tarixi Yerlər günü ilə əlaqədar tərtib olunmuş sərgi iştirakçılara təqdim olunub. Sərgidə Naxçıvandakı tarixi abidələrlə yanaşı, respublikamızın zəngin keçmişini özündə yaşadan abidələr, o cümlədən Sumqayıtdakı yaxın və uzaq keçmişi özündə qoruyub saxlayan abidələri əhatə edən materiallar haqqında iştirakçılara məlumat verilib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


Sumqayıtın Tarixi Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər günü ilə əlaqədar tədbir keçirilibSumqayıtın Tarixi Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər günü ilə əlaqədar tədbir keçirilib

Oxşar xəbərlər