BDU-da Riyaziyyat üzrə bilik yarışının ikinci və final mərhələsi başa çatıb

BDU-da Riyaziyyat üzrə bilik yarışının ikinci və final mərhələsi başa çatıb Bakı Dövlət Universitetində (BDU) Təhsil Nazirliyi SABAH qrupları layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Riyaziyyat üzrə bilik yarışının ikinci və final mərhələsi başa çatıb.
Bilik yarışı 8 ali təhsil müəssisəsini əhatə edibr. Yarışlar riyaziyyat üzrə Bakı Dövlət Universitetində, Müəllimlik üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetində, İnformasiya Texnologiyaları üzrə Azərbaycan Texniki Universitetində keçirilib. Yarışın birinci mərhələsinin nəticələrinə əsasən, 300-dən çox tələbə ikinci mərhələdə iştirak etmək hüququ qazanıb. İkinci mərhələnin sonunda birinci mərhələni uğurla keçənlərə sertifikatlar verilib və final mərhələyə keçənlər müəyyən edilib. Yazılı şəkildə aparılan final mərhələsində qaliblər müəyyən edilib. I, II və III yerlərin qalibləri BDU tələbələri olub. I və II yerləri Riyaziyyat müəllimliyi ixtisasının tələbələri Süleyman Bağırov və Aytac Nəbiyeva, III yeri isə Əfsanə Rzazadə tutub.

Tehsil-press.az

Oxşar xəbərlər