Aprelin 21-də Sumqayıt Dövlət Universiteti və Sumqayıt şəhər Təhsil şöbəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Sumqayıt şəhər məktəblilərinin IX-XI sinif şagirdləri üçün ilk dəfə olaraq (ingilis, rus, alman) fənni üzrə “Xarici dil – karyeraya aparan yol” adlı olimpiadanın I mərhələsi keçirildi.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması və universitet-məktəblər arasındakı əlaqələrin genişləndirilməsindən ibarətdir. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində təşkil olunan fənn olimpiadalarında iştirakçılarının sayı ildən - ilə çoxalır, əlaqələr uğurla inkişaf edir. Bu da şagirdlərin hərtərəfli, mükəmməl biliyə yiyələnməyinə xidmət edir. Qeyd edək ki, universitetimizdə ilk dəfə olaraq xarici dildən keçirilən fənn olimpiadası 2 (iki) mərhələdən ibarətdir. I mərhələ - şifahi mətnini oxuyub başa düşülməsi (reading) və leksik – qrammatik test blokları, II mərhələ - dinləmə (listing) və yazı (writing) blokları.
Bilik yarışında Azərbaycan və Rus bölməsindən 240 şagird biliklərini sınadılar.
Olimpiadanın qalibləri Sumqayıt Dövlət Universiteti və Sumqayıt şəhər Təhsil şöbəsinin Fəxri fərmanları və qiymətli hədiyyəri ilə təltif olunacaqlar.

SDU-nun Mətbuat Xidməti