Azərbaycan insan alverinə qarşı mübarizədə lazımi tədbirlər görür. Bunu Mili Məclisin vitse-spikeri Bahar Muradova parlamentin İnsan hüquqları komitəsinin və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında deyib.
B.Muradova bildirib ki, Azərbaycanın bu sahədə üzərinə götürdüyü öhdəliklərdən, beynəlxalq konvensiyaların üzərimizə qoyduğu öhdəliklərdən, “İnsan alverinə qarşı mübarizə haqqında” qanunundan və Cinayət Məcəlləsindən irəli gələn tələblər yerinə yetirilməkdədir:
“Bu sahədə Azərbaycanın əldə etdiyi nəticələr kifayət qədər müsbətdir. İnsan alverinə qarşı mübarizə özü-özlüyündə çox vacib bir sahədir. Ona görə ki, insanın mənəviyyatına, ləyaqətinə yönəlmiş cinayətlər çox ağır cinayətdir. Əlbəttə ki, bütün dünyada, Azərbaycanda insanı alçaldan, onun ləyaqətinə və heysiyyatına toxunan bu cinayətin profilaktikası, qarşısının alınması, cinayətkarların cəzasına çatdırılması və qurbanların psixologiyasına və mənəviyyatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində fəaliyyət çox vacibdir”.
Vitse-spikerin sözlərinə görə, təcrübə göstərir ki, Azərbaycan kifayət qədər müsbət işlər görüb.
Tehsil-press.az