Vulkan püskürməsində ölü sayı 25-ə çatdı - Matəm elan edildi

Vulkan püskürməsində ölü sayı 25-ə çatdı - Matəm elan edildi Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 25-ə çatıb.
Daha əvvəl ölü sayının 7, yaralı sayının isə 300 nəfər olduğu açıqlanmışdı.
Son rəqəmlərə görə, 653 insan müvəqqəti sığınacağa yerləşdirilib.
Qeyd edilir ki, bu, son illərin ən güclü vulkan püskürməsidir. Qvatemala hökuməti bir neçə yaşayış məntəqəsində “qırmızı” həyəcan səviyyəsi elan edib. Fueqo vulkanının aktivliyinə görə paytaxtın beynəlxalq aeroportu bağlanıb.
***
Qvatemala prezidenti Cimmi Morales ölkədə üçgünlük matəm elan edib.



Tehsil-press.az

Oxşar xəbərlər