Yanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Fransanın Montpelliye Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti, professor Fransua Hennin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə akademiyanın prezidenti, akademik Akif Əlizadə “Nizami” layihəsi ilə bağlı ölkəmizdə səfərdə olan qonaqları rəhbərlik etdiyi elm müəssisəsində görməkdən məmnunluğunu bildirib. Fransaya ezamiyyətini xatırladan akademik A.Əlizadə səfər çərçivəsində əməkdaşlığa dair imzalanmış sazişin hər iki ölkənin elmi qurumlarının fəaliyyətinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.
Akademik AMEA-da gənclərin elmə cəlb edilməsi, onların beynəlxalq aləmə inteqrasiyası baxımından Avropanın qabaqcıl ali məktəblərindən olan Montpelliye Universitetinin təcrübəsinin öyrənilməsinin əhəmiyyətini qeyd edərək deyib ki, iki qurum arasında müxtəlif elmi layihələrin həyata keçirilməsi vacib məsələlərdəndir.
Hazırda Azərbaycanda biotibb və ekologiya sahələrində Fransa təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayan akademik A.Əlizadə doktorant və dissertantların bu istiqamətlərdə araşdırma aparmalarının məqsədəuyğun olduğunu deyib.
Görüşdə F.Henn AMEA ilə əməkdaşlığın qurulmasında və inkişafında maraqlı olduqlarını bildirib. Fransalı professor təmsil etdiyi ali məktəbin əsas fəaliyyət istiqamətləri, laboratoriyaları, tədris prosesi haqqında ətraflı məlumat verib. Bildirilib ki, cari ilin mayında Azərbaycan nümayəndə heyətinin Fransaya növbəti səfəri gözlənilir. Səfər çərçivəsində Montpelliye Universitetinin laboratoriyaları ilə tanışlıq və müvafiq şəxslərlə görüşlərin təşkili nəzərdə tutulub.
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov Botanika İnstitutunun Montpelliye Universiteti ilə əlaqələrinin olduğunu deyib. Azərbaycanlı gənc tədqiqatçıların bu universitetdə yeni bioloji texnologiyalar istiqamətində tədqiqatlar aparmalarının vacibliyini vurğulayan alim bu texnologiyaların ölkə tibbində tətbiqinin zəruriliyini diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev Montpelliye Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda iştirak etdiyini, bu ali məktəbdə kimya sahəsində aparılan mühüm tədqiqatlarla tanış olduğunu söyləyib.

Kəmalə Rəhimli