Azərbaycan Universiteti Nazirlər Kabineti tərəfindən 2017-ci ilin dekabr ayında təsdiq edilmiş ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsinin tələblərinə uyğun olaraq növbəti uğura imza atıb. Belə ki, universitet əməkdaşlarının 2 elmi tədqiqat layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin qalibi olub.
“Müşahidə olunan informasiyanın tam olmadığı hallarda tərs və identifikasiya məsələlərinin həll üsullarının işlənilməsi” layihəsinə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, prof. Yusif Qasımov rəhbərlik edəcək. Layihədə Azərbaycan Universitetini həm də Elm şöbəsinin müdiri, r.ü.f.d. Lətifə Ağamalıyeva təmsil edəcək. Layihənin maliyyələşdirilmə həcmi 50 min manat, tərəfdaşları AMEA İdarəetmə Sistemləri İnstitutu və Bakı Dövlət Universitetidir.
“Folklor və yazılı ədəbiyyatın qarşılıqlı əlaqələri (Müstəqillik dövrü)” layihəsini isə Azərbaycan Universiteti AMEA Folklor İnstitutu ilə birgə həyata keçirəcək. Layihənin rəhbəri institutun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, professor Kamran Əliyev, həmrəhbəri isə Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimovadır. Elmi-tədqiqat layihəsində Azərbaycan Universitetini professor Qorxmaz Quliyev də təmsil edəcək. Layihənin maliyyələşdirilmə həcmi kitab nəşri daxil olmaqla 40 min manat təşkil edir.
Qeyd edək ki, Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva 2017-ci ilin yekunlarına həsr olunmuş yığncaqda tədqiqat yönümlü universitet hədəflərinə nail olmağı qarşıda duran prioritet məqsədlərdən biri kimi müəyyənləşdirib. 2018-ci ilin ilk günlərindən başlayaraq Universitetdə “tədqiqat universiteti” statusunun kriteriyalarına uyğun olaraq bu istiqamətdə məqsədyönlü iş aparılır, universitetin elmi nüfuzunun yüksəldilməsi, professor-müəllim heyətinin elmi potensialından daha səmərəli istifadə edilməsi istiqamətində stimullaşdırıcı tədbirlər həyata keçirilir.

İctimaiyyətlə əlaqələr şöbəsi