İyunun 12-də Bakı Slavyan Universitetində (BSU) aparıcı KİV nümayəndələri, təhsil ekspretləri, qeyri-hökumət təşkilatları və valideynlərin iştirakı ilə 2017-2018-ci tədris ilinin yay imtahan sessiyasının monitorinqi aparılıb. Təhsil ekspertlərindən Nadir İsrafilov, Kamran Əsədov, aparıcı KİV nümayəndələrindən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Trend İnformasiya Agentliyinin baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Maqsud Dadaşov, “Xalq” qəzetinin əməkdaşı Mehdi Mükərrəmoğlu, “525-ci qəzet” in əməkdaşı Sevinc Qarayeva, “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı Niyazi Rəhimov, “İki sahil” qəzetinin əməkdaşları Şəfiqə Dadaşova, Cavid Əkərov, Nurlan Məlikzadə, Moderator.az saytının baş redaktoru Zülfiqar Hüseynzadə, Təhsil-press İnformasiya Agentliyinin baş redaktoru Əkbər Hüseynzadə, Media-tv.az informasiya portalının baş redaktoru Əfqan Bəhluloğlu, Faktinfo.az saytının baş redaktoru Fuad İsgəndərzadə, Nuh.az saytının baş redaktoru Kamran Həsənxanlı, Poliqon İnformasiya Agentliyinin baş redaktoru Azər Qaramanlı, Faktor.az saytının əməkdaşı Orxan Əliyev, Azadinform.az saytının əməkdaşı Şəfa Tapdıq, “Azərbaycan Universitetləri” feysbuk səhifəsinin baş admini Zöhrab Süleyman iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə imtahanların keçirilmə prosesi ilə tanış olublar. Müşahidəçilərə bildirilib ki, BSU rektorunun imzaladığı əmrə əsasən universitetdə imtahanlar iyunun 1-də başlanıb və 30-da başa çatacaq. Bir qayda olaraq, imtahanlar yazılı formada aparılır. İmtahanların şəffaf və obyektiv aparılması məqsədilə dekanlar, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə universitetdə qərargah fəaliyyət göstərir. İmtahanların nəticələri imtahan başa çatdıqdan az sonra sayta yerləşdirilir. Şikayətlərə baxmaq və aşkarlanmış çatışmazlıqları operativ aradan qaldırmaq məqsədilə qərargahın nəzdində apellyasiya komissiyaları təşkil edilib.
Müşahidəçilərlə görüşən BSU-nun rektoru, professor Nurlana Əliyeva əsas məqsədin tələbələrin biliyinin obyektiv və dəqiq qiymətləndirilməsi olduğunu bildirib. O, imtahanın yüksək səviyyədə aparılması üçün universitetdə hər cür şəraitin yaradıldığını qeyd edib. N.Əliyeva onu da bildirib ki, hazırlığına, biliyinə güvənən gənclərin imtahanla bağlı heç bir problemi olmur.
Universitetdə fəaliyyət göstərən imtahan qərargahının rəhbəri, tədris işləri üzrə prorektor, professor Telman Cəfərov qərargahın saat 9-dan fəaliyyətə başladığını, bəzən axşam saat 7-yə, 8-ə qədər çalışdığını bildirib. O, tələbələrin şikayətlərinə onların özlərinin və valideynlərinin iştirakı ilə baxıldığını, buraxılmış səhvlərin bir-bir izah edildiyini, bir sözlə, ədalətə, obyektivliyə tam zəmanət verildiyini diqqətə çatdırıb. T.Cəfərov qərargahın hamının üzünə açıq olduğunu, valideynlərin, ictimai təşkilatların nümayəndələrinin istənilən vaxt qərargahın işi ilə tanış ola bildiklərini deyib.
Müşahidəçilər imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini, bununla yanaşı, hər auditoriyada 2-3 müəllim-əlaqələndiricinin nəzarət etməsini, imtahan prosesində baş verə biləcək bütün mənfi halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini yüksək dəyərləndiriblər. Eyni zamanda, biliklərini nümayiş etdirmək üçün tələbələrə yaradılan şəraitdən razılıq ifadə olunub.

BSU-nun Mətbuat Xidməti