Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığı genişləndirir

Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığı genişləndirir Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Pakistanın Ravalpindi Ticarət-Sənaye Palatası qarşılıqlı anlaşma memorandumu imzalayıb.
Sənədi AZPROMO-nun sədri vəzifələrini icra edən Yusif Abdullayev və Ravalpindi Ticarət-Sənaye Palatasının rəhbəri Zahid Lətif Xan imzalayıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bu ilin yanvar-may aylarında Pakistanla ticarət dövriyyəsi 5,82 milyon manat təşkil edib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 38,6 faiz çoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər