Yaponiyanın tanınmış “KOSUGİ-Zohen” şirkəti tərəfindən Bakının Xətai rayonun ərazisindəki Heydər Əliyev Parkında Mamır bağı salınacaq. Bağın salınması üzrə planlaşdırılan işlərin müzakirəsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun əməkdaşları Şəkər Muxtarova və Aygün Məmmədova, şirkətin nümayəndələri və rayon icra hakimiyyətinin məsul işçiləri əraziyə baxış keçiriblər.
Yaponiyadan gətirilməsi nəzərdə tutulan mamır növlərinin bir qismi zəngin floraya malik olan Azərbaycanda da mövcuddur. Ərazidə lazımi iqlim mühiti və şəraiti yaradıldıqdan sonra mamırın yetişdirilməsi və yayılması mümkündür. Müzakirələrdən sonra mamır növlərinin seçilməsi və test edilməsi qərara alınıb.
“KOSUGİ-Zohen” şirkətinin nümayəndələri Botanika İnstitutunda da olublar. İnstitutun direktoru, akademik Validə Əlizadə Xətai Rayon İcra Hakimiyyəti və “KOSUGİ-Zohen” şirkətinin birgə layihəsini alqışlayaraq bildirib ki, rəhbərlik etdiyi institutun əməkdaşları bu nəcib işə kömək göstərəcəklər. Sonra qonaqlar institutun herbarisində saxlanılan bir sıra mamır növləri və digər bitkilərlə tanış olublar.
Yekun müzakirələr Xətai Rayon İcra Hakimiyyətində aparılıb. Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov iki gün ərzində görülən işlər barəsində məlumat verib, bu işdə əməkdaşlıq edəcək hər kəsə minnətdarlığını bildirib. Qeyd edilib ki, həyata keçirilən bu layihə Yaponiya–Azərbaycan dostluq əlaqələrinə yeni töhfə olacaq.
Tehsil-press.az