İtaliya Tədqiqat Şurasının Davamlı Bitki Mühafizə İnstitutu ilə Botanika İnstitutu arasında əlaqələr genişlənir

İtaliya Tədqiqat Şurasının Davamlı Bitki Mühafizə İnstitutu ilə Botanika İnstitutu arasında əlaqələr genişlənir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun direktoru, akademik, Validə Əlizadə və mikologiya laboratoriyasının müdiri Dilzarə Ağayeva İtaliya Milli Tədqiqat Şurasının (İMTŞ) Davamlı Bitki Mühafizə İnstitutunda səfərdə olublar. Səfər çərçivəsində İtaliya İMTŞ-nin Florensiya bölməsinin Davamlı Bitki Mühafizə İnstitutunun direktoru Cian Paola Akkotto və baş elmi işçi Biancaelena Maserti ilə birgə institutlararası əlaqələri gücləndirmək üçün hər iki elmi müəssisənin əsas fəaliyyət sahələri və iş perspektivləri barədə müzakirələr aparılıb, əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib, biomüxtəlifliyin mühafizəsində müasir çağırışlara cavab verən tədqiqatların aparılmasına dair müqavilə imzalanıb.
Görüşdə, həmçinin AMEA-İMTŞ çərçivəsində yerinə yetirilən “Azərbaycanda şabalıd ağaclarının sağlamlıq statusunun qiymətləndirilməsi: şabalıd xərçəngi və assosiasiyada olan göbələk xəstəlikləri” layihəsi çərçivəsində görülən işlərin nəticələri və gələcək çap işləri müzakirə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər