“Space”in əməkdaşı yarım milyon pul “atıb”

“Space”in əməkdaşı yarım milyon pul “atıb” "Space TV"-nin əməkdaşı dələduzluqla bağlı axtarışa verilib.
Axtarışa verilən şəxs "Elif media" şirkətinin rəhbəri Ağayev Vüqar Həsənağa oğludur. O, bir zamanlar "Xəzər TV"-nin əməkdaşı kimi çalışıb, "Space TV"-də yayımlanan "İşimiz var", indi isə "Yerimdəyəm" və "Praym şok" verilişlərinin layihə rəhbəri olub. 2017-ci ildən etibarən insanlardan dövlət rüsumu adı ilə pul alıb, onlara işə düzəldəcəyi ilə bağlı söz verib, lakin sözünə əməl etməyib.
Xəbərə görə, V. Ağayev 6-7 ay ərzində 500-dən çox adamı aldadıb. Bəzilərindən isə "Space TV"yə işə düzəltmək adı ilə pul alıb. Zərərçəkənlər pullarını geri istədikdə isə "bu gün-sabah verərəm", -deyərək vaxtı uzadıb.
Bundan əlavə, Vüqar Ağayev ayrı-ayrı şəxslərin adına kompüter, telefon da kreditə götürüb.
Hətta axtarışa verilən şəxsin bir zamanlar "Space TV"-də yayımlanan "20-lik realiti şou"-nun sponsoru tərəfindən qalibinə veriləcək 2 otaqlı evi satdığı da iddia olunur. Onun 19.07.2018-ci il tarixində ölkəni tərk etdiyi, Gürcüstana qaçdığı ehtimal edilir. Təxmini hesablamalara görə, telekanal əməkdaşı yarım milyondan çox pul mənimsəyib. Son nəticə olaraq, zərərçəkənlər aidiyyatı polis bölməsinə gedərək şikayət ərizələri yazıblar.
Məsələ ilə bağlı telekanalın əməkdaşı faktı təsdiqləyərək, Vüqar Ağayevin ölkəni ötən həftə tərk etdiyini vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər