NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ MİLLİ MƏTBUAT GÜNÜ QEYD OLUNUB

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ MİLLİ MƏTBUAT GÜNÜ QEYD OLUNUB 22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Naxçıvan Dövlət Universiteti kollektivi Heydər Əliyev Muzeyində olublar. Ziyarətçilərə məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılan muzey həmin ilin may ayının 10-dan fəaliyyət göstərir. Ekspozisiya zalından, kitabxanadan, muzey fondundan ibarət olan muzeydə kitabxana yaradılıb, ümummilli liderimiz haqqında çəkilmiş filmləri nümayiş etdirmək üçün lazımi avadanlıqlar, kompüter dəstləri quraşdırılıb. Həmçinin muzeyin internet saytı yaradılıb.
Muzey fondunda ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən 4 min 656 ədəd eksponat olduğunu diqqətə çatdıran bələdçi bildirib ki, bu eksponatlar ümummilli liderimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir.
Sonra tədbir universitetdə keçirilən elmi-praktik konfransla davam edib. Tədbiri giriş sözüylə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkəmizdə söz, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Qeyd olunub ki, bu gün ölkəmizdə, o cümlədən muxtar respublikamızda söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, mətbuatımızda milli jurnalistika ənənələri qorunub saxlanılır, kütləvi informasiya vasitələri cəmiyyətin güzgüsü rolunu oynaya bilirlər.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyeva “Azərbaycan mətbuatı: Tarix və bugün” mövzusundakı çıxışında bildirib ki, milli mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə və tərəqqisinə böyük töhfələr veriblər. Vurğulanıb ki, muxtar respublikamızda mətbuata göstərilən hərtərəfli qayğının tərkib hissəsi kimi, Naxçıvan Dövlət Universitetində də milli və müasir jurnalistika ənənələri formalaşaraq inkişaf edib. “Yeni Fikir” qəzetinin nəşr olunması, Universitet televiziyasının, “Nuhçıxan” radiosunun və “Qeyrət” nəşriyyatının fəaliyyət göstərməsi, Media Mərkəzinin yaradılması universitetin elmi, sosial və mədəni həyatı üçün mühüm əhəmiyyət kəsb edir. Media mərkəzində tələbələrin peşəkar jurnalist kimi yetişməsi, nəzəri biliklərin praktik tətbiqinə nail olunması üçün hər cür şərait vardır.
Universitetin tədris-tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov KİV-ə göstərilən dövlət dəstəyinin jurnalist kadrlarının yetişməsində oynadığı rolu xüsusilə vurğulayaraq əlamətdar tarixi gün münasibətilə universitetin media kollektivini təbrik edib.
Sonra rektor tərəfindən milli mətbuatın 143 illiyi münasibətilə universitetin media mərkəzində çalışan bir qrup əməkdaşa pul mükafatı təqdim edilib.

Mətbuat Xidməti


NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ MİLLİ MƏTBUAT GÜNÜ QEYD OLUNUBNAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ MİLLİ MƏTBUAT GÜNÜ QEYD OLUNUB

Oxşar xəbərlər