Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin akt zalında ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Plenar iclası giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov “Heydər Əliyev və Azərbaycanda təhsil quruculuğu” adlı çıxışında qeyd edib ki, təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləyən ulu öndər Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalıb, illər bоyu bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirib. Bildirilib ki, böyük dövlət xadimi təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmayıb, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu qeyd edib.
“Heydər Əliyev: Siyasi liderlikdən ümummilli liderliyə” adlı çıxışında AMEA Naxçıvan Bölməsinin Sədri, AMEA-nın həqiqi üzvü, akademik İsmayıl Hacıyev vurğulayıb ki, öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksəlmək səadəti zəmanəmizin ən dahi şəxsiyyətlərindən biri, xalqımızın böyük oğlu Heydər Əliyevə nəsib olub. Bəşər tarixi sübut edib ki, yalnız tək-tək dövlət başçıları öz xalqı qarşısındakı xidmətlərinə görə siyasi liderlikdən əlavə, həm də ümummilli lider adını qazanır. Ümummilli liderin dövlətçilik və siyası fəaliyyətinin 7 dövrə bölündüyünü diqqətə çatdıran akademik bildirib ki, lider olmaq üçün 21 parametrin hamısı məhz ümummilli liderimizin xarakterində, dövlətçilik və siyasi fəaliyyətində cəmləşib. Böyük dövlət xadimi Heydər Əliyevin uğrunda mübarizə apardığı, əməli fəaliyyəti ilə əsas konturlarını müəyyən etdiyi milli dövlətçilik təliminin əsasında azərbaycançılıq məfkurəsi dayanır. Bu mənada azərbaycançılıq Heydər Əliyev siyasi kursunun şah damarıdır, ana xəttidir.
AMEA Naxçıvan Bölməsi İncəsənət Dil və Ədəbiyyat İnstitunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev “Heydər Əliyev irsi və müstəqillik dövründə ədəbi dilimizin inkişaf məsələləri” adlı çıxışında qeyd edib ki, hələ 1977-ci il SSRİ-nin yeni Konstitusiyası qəbul edilən vaxt 1978-ci ildə Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri kimi xarakterizə olunur. Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır.
Gəmiqaya abidəsinin tədqiqinə Heydər Əliyev qayğısı adlı çıxışında AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitunun direktoru, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli öz çıxışında vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2011-ci il iyunun 7-də “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında Sərəncam imzalayıb, iyul ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Sərəncamın icra vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirildikdən sonra, 2011-ci il iyulun 21-də “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun açılışı olub. Professor Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə 2001-ci il 26 aprel tarixli sərəncamının xüsusi əhəmiyyət daşıdığını da diqqətə çatdırıb. Vurğulanıb ki, həmin sərəncamdan sonra 2001-2005-ci illərdə Gəmiqayada arxeoloji ekspedisiyaların fəaliyyəti genişləndirilib və hərtərəfli tədqiqatlar aparılıb. 1968-ci ildən tədqiq edilən bu qədim abidələrdə 1500-ə qədər abidə olduğu müəyyənləşdirilib. Çıxışda Gəmiqaya abidələrinin tədqiq olunmasında ilk tədqiqatçı alimlərdən olan Əbülfəz Hüseyninin də adı xüsusi olaraq qeyd olunub.
Plenar iclasdan sonra konfrans Heydər Əliyev və Azərbaycan dili, Heydər Əliyev və ictimai-siyasi həyat, Heydər Əliyev və Azərbaycan gəncliyi olmaqla 3 bölmədə davam edib.
Kəmalə Rəhimli