Səudiyyə Ərəbistanı Rusiyanın əsas satıcı olduğu Avropa regionu üçün neftin satış qiymətini aşağı salıb.
Tehsil-press.az-ın məlumatına görə, “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, endirimin miqdarı 0,30-0,45 dollar/barel təşkil edib.
Əksinə, Səudiyyə Ərəbistanı asiyalı müştərilərə satdığı “Arab Light” markalı neftin qiymətini 0,3 dollar/barel artırıb.
Həmçinin ABŞ, Şimal-Qərbi Avropa, Aralıq dənizi regionu ölkələrinə satışın qiyməti artırılıb.
Qeyd edək ki, Ər-Riyad 2016-cı ildə Avropa regionuna 42,5 mln. ton neft, qaz və neft məhsulları sataraq keçmiş SSRİ respublikaları, Norveç və İraqdan sonra 4-cü olub.
“Emirates NBD” şirkətinin analitiki Edvard Bel (Edward Bell) hesab edir ki, Avropa bazarında neftə tələbat artır: “Səudiyyə Ərəbistanı bu bazarda Rusiyadan bir qədər pay almağa çalışır”.
Tehsil-press.az