Polşa prezidenti: Rusiya NATO üçün əsas təhlükədir

Polşa prezidenti: Rusiya NATO üçün əsas təhlükədir Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə məktəblilər arasında növbəti robototexnika olimpiadası keçirilib.
“LEGO xəttizləyən” və “Arduino” sərbəst layihələri” robototexnika olimpiadası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
Olimpiadada 5-11-ci sinif şagirdlərindən ibarət 30-dan artıq komanda iştirak edib.
Yarışın “LEGO xəttizləyən” formatında iştirakçı komandalar universitet tərəfindən təmin ediləcək LEGO EV3 robotları ilə onlara ayrılmış iki saat ərzində xəttizləyən robot hazırlayaraq yarışıblar.
“Arduino” sərbəst layihələr formatında isə iştirakçılar universitet tərəfindən təmin olunan “Arduino” ilə onlara ayrılacaq olan müəyyən zaman ərzində öz layihələrini hazırlayıb münsiflər qarşısında təqdim ediblər.
Yekunda yarışın qaliblərinə hədiyyə və sertifikatlar verilib.
Universitetdə olimpiadanın “Böyük final” tədbirinin də keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda, infrastruktur layihələri həyata keçirən Qərbi Kaspi Universitetində bu tədris ilindən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparılır. Universitetdə bu məqsədlə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də Yüksək Texnologiyalar Parkı (Texnopark) fəaliyyət göstərir. Texnoparkda biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası, ideya bankı və başqa mərkəzlər var. Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. Belə ki, ideyası olan tələbələr və şagirdlər texnoparka müraciət edərək dəstək ala bilirlər. Texnopark orta məktəb şagirdlərini müntəzəm olaraq müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir və onlarda mühəndislik sahələrinə olan marağı artırmaq, eləcə də bacarıq və qabiliyyətlərini inkişaf etdirmək üçün səy göstərir.
Texnoparkda işlənən layihələrdən biri artıq beynəlxalq miqyasda uğur qazanıb. Belə ki, Biznes-İnkubasiya Mərkəzində fəaliyyət göstərən üzvlərindən ikisi məktəbli olan, tələbə Azər Nemanlının rəhbərlik etdiyi komandanın işlədiyi “Vooby” startap layihəsi İstanbulda keçirilən “İcatmakinesi” müsabiqəsində 800 layihə içərisindən 70 ən yaxşı layihədən biri kimi final mərhələsinə keçib və mükafatlandırılıb. Qeyd edək ki, layihə bu yaxınlarda Təhsil Nazirliyinin “Elektron təhsil” respublika müsabiqəsində birinci yerə layiq görülüb.

Tehsil-press.az

Oxşar xəbərlər