“Arvadım və qayınanam” adlanan bu rəsm əsəri illərdir insanları ikiyə bölüb. Bəziləri əsərdə gənc qız, digərləri isə qoca qadın gördüklərini iddia edir. Əslində isə optik illüziya nümunəsi olan rəsmin sirri tamamilə sadə imiş.
Dünyanın ən məşhur illüziya nümunəsi sayılan “Arvadım və qayınanam”da 30 yaşadək insanlar gənc qadın, yaşı 30-dan yuxarı olanlar isə yaşlı qadın görürlər.
Qeyd edək ki, “Arvadım və qayınanam” britaniyalı karikaturaçı Elli Hill (1887-1962) tərəfindən çəkilib və 1915-ci ildə “Puck” yumoristik jurnalında çap olunub. Hill rəsm əsərini bu cümlə ilə şərh etmişdi: “Onların hər ikisi bu rəsmdədir – özünüz tapın”.
Tehsil-press.az