Azərbaycan Texnologiya Universitetində (UTECA) 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunan dəyirmi masa keçirilib. Universitet rəhbərliyi, əməkdaşlar və tələbələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan UTECA-nın rektoru professor Akif Süleymanov bildirib ki, sülh bu gün bütün bəşəriyyətin ən çox ehiyac duyduğu dəyərdir. Dünyanın ən böyük problemlərinin kökündə də məhz xalqların, millətlərin, dövlətlərin bir-birinə sülh münasibətləri bəsləyə bilməməsi dayanır. Rektor qeyd edib ki, Azərbaycan sülhün yoxluğundan ən çox əziyyət çəkən dövlətlərdəndir. Baxmayaraq ki, ölkəmiz ədalət və sülhün bərqərar olması naminə bütün nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bu siyasətin təməlini isə böyük uzaqgörənliklə ümimmilli lider Heydər Əliyev qoyub. Məhz onun təşəbbüsü və qətiyyəti ilə Qarabağ müharibəsində əldə olunan atəşkəs Azərbaycanın bu günkü iqtisadi inkişafına zəmin hazırladı. Dünyadakı hər insana, hər evə, hər ailəyə, hər cəmiyyətə və hər bir ölkəyə sülh arzu edən professor Akif Süleymanov bildirib ki, bütün münaqişələr və müharibələr gec-tez sülh razılığının əldə olunması ilə bitir. Ancaq daha yaxşı olardı ki, insanlar bu qərara itkilər və tələfatlar olmadan gələ biləydi.
Daha sonra çıxış edənlər də sülhün dünya üçün önəmindən danışıblar. Qeyd olunub ki, BMT Beynəlxalq Sülh gününü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib. Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən "Sülh zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində "Yaşasın mütləq dünya sülhü” sözləri yazılıb. Elə 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin "Sülh zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı. Ancaq təəssüf ki, dünyanın ən tolerant ölkəsi olan Azərbaycan 25 ildən artıqdır ki, müharibədən əziyyət çəkir, bir milyondan artıq vətəndaşımız öz el-obasından didərgin düşüb. 1994-cü ildə atəşkəs elan olunmasına baxmayaraq Ermənistan hələ də BMT Təhlükəsizlik Şurasının münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrin heç birinə əməl etmir və atəşkəsin pozulması halları tez-tez qeydə alınır. Bu gün güclü orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür. Azərbaycan xalqı isə münaqişə və işğalda zərər çəkən tərəf olmasına baxmayaraq sülhsevər xalq kimi bütün bəşəriyyətə sülh arzu edir.

UTECA-nın Mətbuat Xidməti