Bütün dünya ölkələrinin maraqlarını birləşdirən əlamətdar günlərdən biri də 10 noyabr - Dünya Elm Günüdür. Beynəlxalq səviyyədə elm gününün qeyd olunması ideyası hələ ötən əsrin ortalarında meydana çıxsa da, ilk dəfə elm və sülh həftəsi 1986-cı ildə QHT-nin təşkilatçılığı ilə keçirilib. Bu təşəbbüsün uğurla nəticələnməsi təşkilatçıları bu ənənəni davam etdirməyə həvəsləndirib.
1988-ci ildə beynəlxalq elm və sülh həftəsinin təşkili ilə əlaqədar BMT-nin Baş Assambleyası qətnamə qəbul edib. Həmin ildə bu əlamətdar hadisə 4-11 noyabr tarixlərinə təsadüf edib. Sülh və inkişaf naminə Dünya Elm Gününün məhz noyabrın 10-da qeyd olunması tarixi haqqında danışdığımız məqamla səciyyələnir. İlk dəfə 1999-cu ildə Budapeştdə keçirilən Dünya Elm Konfransında bu barədə təşəbbüs irəli sürülüb. Təşəbbüskarlar fikirlərini belə əsaslandırıblar ki, “Sülh və inkişaf naminə” devizi altında Dünya Elm Gününün təqvimə salınması qlobal problemlərin həlli üçün elmlə ictimaiyyətin birliyini təmin edəcək. Beləliklə, 2001-ci ildə YUNESKO-nun Baş konfransının 31-ci sessiyasında Dünya Elm Gününün keçirilməsi qərarı rəsmən elan edilib və 2002-ci ildən etibarən bu tarix dünyanın əksər ölkələrində qeyd olunur. Burada əsas məqsəd beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin nəticələrinin cəmiyyətin dinc, sabit inkişafına təsirini artırmaqdır. Davamlı cəmiyyətin yaradılmasında elm və alimlər mühüm rol oynayır, vətəndaşların elmi nailiyyətlər haqqında məlumatlandırılması və bu proseslərdə iştirakı isə vacib amillərdəndir.
YUNESKO-nun təşkilatçılığı ilə keçirilən elmi iclas, seminar, konfrans və festivallarla qeyd edilən Dünya Elm Günü bir çox yerlərdə olduğu kimi, ölkəmizdə də əlamətdar tarix kimi keçirilir. Belə ki, respublikamızın elmi ictimaiyyəti Dünya Elm Gününü Azərbaycan Elm Festivalının keçirilməsi ilə qeyd edir. Ənənəvi olaraq keçirilən bu festival Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşəbbüsü, YUNESKO, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın ölkəmizdəki səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə reallaşdırılır.
Dünya elminə böyük töhfələr bəxş edən dövlətlər sırasında olan Azərbaycan elm, təhsil sahəsində əhəmiyyətli nailiyyətlər qazanıb. Çünki ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılmasıdır. Bu gün elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi ən aktual məsələlərdəndir. Azərbaycanın milli məhsulda elm və təhsilin çəkisini artırması, kapital resurslarının zəngin elmi bazaya, kadr potensialına yönləndirilməsi kimi mühüm addımlar atması elm və təhsil sahəsində yeni yanaşmalara, bu istiqamətdə nailiyyətlərin genişləndirilməsinə münbit şərait yaradır.
Hüseyin Şərifov