UNEC-də tədrisin keyfiyyətində və elmi fəaliyyətin stimullaşdırılmasında yeni mərhələ

UNEC-də tədrisin keyfiyyətində və elmi fəaliyyətin stimullaşdırılmasında yeni mərhələ UNEC-də 2018/2019-cu tədris ilində İmtahan Mərkəzinin fəaliyyət istiqamətləri və təkmilləşdirilmiş differensial əmək haqqı sistemi barədə professor-müəllim heyətinin məlumatlandırılması məqsədilə fakültələrdə görüşlərə start verilib.
Maliyyə və mühasibatlıq fakültəsinin professor-müəllim heyəti ilə keçirilən görüşdə UNEC-in rektorunun müşaviri Elşən Bağırzadə cari tədris ili üçün təsdiq edilən “Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sistemi haqqında qaydalar”ına edilən dəyişikliklər barədə məlumat verib. Bildirib ki, həyata keçirilən dəyişikliklərin başlıca məqsədi UNEC-in tədqiqat universitetinə çevrilmə istiqamətindəki strateji hədəfinə nail olmaqdır. Belə ki, yenilənən qaydalara uyğun olaraq, sistem üzrə elmi fəaliyyətlərin payı 40%-dən 70%-ə yüksəldilib, “Web of Science” və “Scopus” platformalarına daxil olan nüfuzlu elmi jurnallarda məqalələrin, beynəlxalq nəşriyyatlarda monoqrafiyaların nəşr edilməsinə, istinadlara görə verilən ballar əhəmiyyətli dərəcədə artırılıb və “Scopus” bazasında elmi məruzələrin nəşr edilməsi də nəzərə alınıb.
Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzinin direktoru Raqif Qasımov Elektron Universitet Modelində tətbiq edilən yeniliklər barədə çıxış edib. Peqaqoji heyətə müəllim kabinetinin interfeysi, tədris materiallarının yüklənməsi prosesi, apelyasiya modulu, sərbəst işlərin qəbulu mexanizmi, elan və bildirişlər bölmələri haqqında ətraflı məlumat çatdırılıb.
Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzinin direktor müavini Söhrab İsayev imtahan prosesinin təkmilləşdirilməsi və mütəşəkkil təşkil olunması məqsədilə yaradılan İmtahan Mərkəzinin fəaliyyətindən bəhs edib.
Qeyd olunub ki, İmtahan Mərkəzi fakültələr üzrə imtahan prosesinin koordinasiyasını, imtahan öncəsi hazırlıq işlərini, müraciətlərin operativ həlli, təhlillərin aparılması üçün hesabatların tərtibi və digər fəaliyyətləri icra edəcək.

UNEC-in Mətbuat Xidməti


UNEC-də tədrisin keyfiyyətində və elmi fəaliyyətin stimullaşdırılmasında yeni mərhələUNEC-də tədrisin keyfiyyətində və elmi fəaliyyətin stimullaşdırılmasında yeni mərhələUNEC-də tədrisin keyfiyyətində və elmi fəaliyyətin stimullaşdırılmasında yeni mərhələUNEC-də tədrisin keyfiyyətində və elmi fəaliyyətin stimullaşdırılmasında yeni mərhələ

Oxşar xəbərlər