UNEC-də imtahan prosesinin təkmilləşdirilməsi və mütəşəkkil təşkil olunması məqsədilə İmtahan Mərkəzinin yaradılması barədə qərar qəbul edilib.
İmtahan mərkəzinin əsasnaməsi ilə tanış olmaq və fəaliyyət istiqamətlərini daha da təkmilləşdirmək üçün UNEC-in rektoru, professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
Rektor bildirib ki, Avropa ölkələrində təhsilin keyfiyyəti ilə bağlı bir sıra tələblər mövcuddur və bunlardan biri də ali təhsil müəssisəsində müstəqil imtahan mərkəzinin fəaliyyət göstərməsidir.
İmtahan Mərkəzinin fəaliyyət istiqamətləri barədə çıxış edən Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzinin direktor müavini Söhrab İsayev fakültələr üzrə imtahan prosesinin koordinasiyası, imtahan öncəsi hazırlıq işləri, müraciətlərin operativ həlli, təhlillərin aparılması üçün hesabatların tərtibi və digər əhəmiyyətli məqamlara toxunub.
Görüşdə payız imtahan sessiyasında tətbiq olunacaq bir sıra yeniliklər barədə də məlumat verilib. Qeyd olunub ki, 2018/2019-cu tədris ilindən etibarən “Mühasibat uçotu” və “Marketinq” ixtisasları yenilənmiş sillabus əsasında tədris olunacaq və test bazası məxfi saxlanılacaq. Texniki və texnoloji ixtisaslarda isə digər ixtisaslarda olduğu kimi, 3 ixtisas fənni üzrə imtahanlar yazılı formada həyata keçiriləcək.
Çıxışlardan sonra UNEC-in İmtahan Mərkəzinin yaradılmasına dair geniş müzakirələr aparılaraq, təkliflər səsləndirilib və mərkəzin fəaliyyət mexanizmi formalaşdırılıb. Sonda İmtahan Mərkəzinin fəaliyyətini tənzimləyəcək müvafiq qaydalar Elmi Şurada baxılmaq üçün təsdiq edilib.

UNEC-in Mətbuat Xidməti