Qərbi Kaspi Universiteti tələbələrini işlə təmin edir

Qərbi Kaspi Universiteti tələbələrini işlə təmin edir Ardıcıl olaraq məzunlarını müxtəlif vakansiyalara yönəldən Qərbi Kaspi Universiteti tələbələrini işə götürməklə onların məşğulluq problemini həll edir.
Hazırda universitetin onlarla məzun və tələbəsi bu ali təhsil ocağının laboratoriyalarında, mərkəzlərində müxtəlif vəzifələrdə, o cümlədən müəllim kimi fəaliyyət göstərir.
Qərb Kaspi Universitetində fəaliyyət göstərən Karyera Mərkəzi tələbələrin uğurlu karyera qurması istiqamətində tədbirlər həyata keçirir. Tələbələrə uğurlu karyeranın əsas şərtləri, iş axtarma üsulları öyrədilir. Bununla yanaşı, tələbələr üçün işədüzəlmə müsahibəsində müvəffəqiyyət qazanmaq üçün müxtəlif təlimlər keçirilir.
Universitetdə 1999-cu ildən Tələbə Xidməti Mərkəzi fəaliyyət göstərir. Mərkəzin əsas missiyası tələbələrin intellektual və mədəni inkişafının və peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün layihələr həyata keçirməkdən və universitetin məzunları ilə daim əlaqə saxlamaqdan ibarətdir. Mərkəz tələbə və məzunlara ixtisaslarına uyğun iş yerləri tapmaqda yardım edir. Universitetin tələbələri haqqında hərtərəfli məlumat informasiya bazasına toplanır. Hər il yeni qəbul olunan tələbələr haqqında məlumatlar yenilənir. Mərkəzin təşəbbüsü ilə tez-tez təşkilatların, şirkətlərin, xarici ölkələrin nümayəndələri ilə tələbələrin görüşləri keçirilir. Yarandığı gündən bəri mərkəz yüzlərlə məzun və tələbəyə işə düzəlməkdə yardımçı olub.

Tehsil-press.az

Oxşar xəbərlər