Beynəlxalq Elm Olimpiadasında Azərbaycanı təmsil edəcək şagirdlərin müəyyən edilməsi məqsədlə birinci seçim turu keçirilib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fizika, kimya və biologiya fənləri üzrə biliklərini nümayiş etdirən şagirdlər 3 saat ərzində 45 tapşırığa cavab veriblər.
Ölkənin hər bir bölgəsindən təxminən 1200 şagirdin iştirak etdiyi birinci seçim turunun nəticəsinə əsasən, 20 ən yaxşı şagird seçilərək hazırlıq prosesinə cəlb ediləcək. Oktyabrın sonunda isə 20 şagird arasında keçiriləcək ikinci seçim turunun nəticəsinə görə ölkəni təmsil edəcək 6 şagird müəyyən olunacaq.
Qeyd edək ki, yeniyetmələr arasında 15-ci Beynəlxalq Elm Olimpiadası (İJSO-2018) dekabrın 2-dən 11-dək Botsvana Respublikasında keçiriləcək.
Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagirdlərin seçimi isə sentyabrın 29-da keçirilib. Fizika, kimya, biologiya və riyaziyyat fənləri üzrə aparılan seçmə imtahanlarında ölkənin bütün bölgələrindən ümumilikdə 1600 şagird iştirak edib. İnformatika fənni üzrə seçim imtahanı oktyabrın birinci yarısında təşkil ediləcək.
Sevinc