Ceyhun Bayramov: “Ölkə məktəblərinin 53 faizdən çoxu internet şəbəkəsinə qoşulub”

Ceyhun Bayramov: “Ölkə məktəblərinin 53 faizdən çoxu internet şəbəkəsinə qoşulub” Hazırda ölkənin orta tədris müəssisələrinin kompüterləşdirilməsi istiqamətində işlər davam etdirilir. Tədris müəssisələrinin kompüterləşdirilməsi səviyyəsi 90 faizə yaxındır.
Bunu təhsil naziri Ceyhun Bayramov bildirib. C.Bayramov bildirib ki, hazırda ölkə məktəblərinin 53 faizdən çoxu internet şəbəkəsinə qoşulub: “Hazırda məktəblərdə hər 18 nəfərə bir kompüter düşür. Müqayisə üçün bildirim ki, 2006-cı ildə bu rəqəm 1063-ə bərabər idi”.
Nazir əlavə edib ki, ölkədə elektron təhsil texnologiyalarının genişləndirilməsi məqsədilə “Elektron məktəb” layihəsi reallaşdırılır.

SEVİNC

Oxşar xəbərlər