Ümummilli lider Heydər Əliyevin ideyaları əbədi yaşayacaq

Ümummilli lider Heydər Əliyevin ideyaları əbədi yaşayacaq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə rektor Mustafa Babanlı görkəmli dövlət xadimi Heydər Əliyevin doğma Vətən və xalq qarşısında əvəzsiz xidmətlərindən danışıb. Rektor ümummilli lider Heydər Əliyevin 1939-1941-ci illərdə ADNSU-da təhsil aldığını xatırladıb. Ulu öndər Heydər Əliyevin elmə, təhsilə daim xüsusi əhəmiyyət verdiyini vurğulayan professor M.Babanlı Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə minlərlə gəncin xaricdə təhsil alaraq yüksək ixtisaslı mütəxəssis kimi doğma Vətənə qayıtdığını bildirib.
Rektor ümummilli lider Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı müdrik rəhbər Heydər Əliyevin zəngin dövlətçilik irsinin əhəmiyyətindən, müstəsna tarixi xidmətlərindən bəhs edib.
1988-1992-ci illərdə Azərbaycanın parçalanmaq və dağılmaq təhlükəsi ilə üzləşdiyini qeyd edən deputat 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu təhlükənin sovuşduğunu, ölkəmizin böyük inkişaf yoluna çıxdığını diqqətə çatdırıb.
M.İbrahimqızı Ümummilli Liderin ideyalarının əbədi yaşayacağını bildirib.
Tədbirdə ADNSU-nun Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul edilən bir qrup tələbə və əməkdaşına vəsiqələr təqdim olunub.

Kəmalə Rəhimli


Ümummilli lider Heydər Əliyevin ideyaları əbədi yaşayacaqÜmummilli lider Heydər Əliyevin ideyaları əbədi yaşayacaqÜmummilli lider Heydər Əliyevin ideyaları əbədi yaşayacaq

Oxşar xəbərlər