Ukrayna Dövlət Dəmiryolu Universiteti Azərbaycanın təhsil ocaqları ilə əməkdaşlığa xüsusi maraq göstərir. Bu barədə Tehsil-press.az-a açıqlamasında universitetin rektoru Sergey Pançenko məlumat verib.
Rektor qeyd edib ki, Azərbaycanın təhsil ocaqları ilə əməkdaşlıq üçün yeni layihələrin reallaşmasına ehtiyac var: “Bizim Azərbaycanla istər iqtisadi, istərsə də elmi sahədə ənənəvi dostluq və əməkdaşlıq əlaqələrimiz var. Azərbaycanda bu gün bir çox sahələrlə yanaşı, elmi texnologiyalar da sürətlə inkişaf edir. Ölkəniz ötən il Baki-Tbilisi-Qars dəmir yolunu istifadəyə verməklə Avropa və Asiya arasında yeni əlverişli beynəlxalq layihəni gerçəkləşdirib.
Hazırda universitetimizdə 500-dən çox azərbaycanlı tələbə təhsil alır. Bizim yetişdirdiyimiz mütəxəssislər arasında Azərbaycanın dəmir yolu sahəsində çalışanlar da var”.
Tehsil-press.az