Polşada azərbaycanlılar üçün "qaynar xətt" yaradılıb

Polşada azərbaycanlılar üçün Polşada Azərbaycanlı Gənclər Şurası tərəfindən bu ölkədə yaşayan və yeni gələn həmyerlilərimiz üçün "qaynar xətt" yaradılıb.
"Qaynar xət"də əsasən hüquqi yardımla bağlı daxil olan zənglərin operator tərəfindən cavablandırılması nəzərdə tutulur. "Qaynar xətt" +48 576 164 876 nömrəsində işləyəcək və zənglər operativ cavablandırılacaq.
"Qaynar xətt" Azərbaycan, rus, ingilis, türk və polyak dillərində soydaşlarımızın xidmətində olacaq. Məqsəd həmyerlilərimizin sosial problemlərinə dəstək olmaq:
Şuranın sədri Nail Əhməd bildirib: "Tez-tez hemyerlilərimizin yaşamaq icazəsi ilə bağlı hüquq-mühafizə orqanları ilə problemlərinin olduğunu nəzərə alaraq belə bir addım atmaq qərarına gəldik. Əgər bu xidmət istədiyimiz nəticəni versə, novbəti ildən vətəndaşlarımız üçün ödənişsiz hüquq məsləhətxanası açmağı düşünürük".

Tehsil-press.az

Oxşar xəbərlər