Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçiriləcək

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçiriləcək M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı noyabrın 3-də abituriyentləri 2019-2020-ci tədris ili üçün filiala qəbulun şərtləri və qaydaları ilə tanış olmağa dəvət edir.
Tədbir iştirakçıları MDU-nun Bakı filialının filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavrların və magistrlərin tədrisi ilə bağlı hərtərəfli məlumat əldə edə biləcəklər.
“Açıq qapı“ günü saat 14.00-da Bakı şəhəri, H.Cavid prospekti, 133 (metronun “Elmlər Akademiyası” stansiyasının yanında) ünvanında keçiriləcək. Əlaqə telefonu: (012) 598-93-32.

Tehsil-press.az

Oxşar xəbərlər