Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Respublikasının Dövlət Bayrağı və Konstitusiya günlərinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə prorektor İsa Xəlilov bu iki əlamətdar günün təsis olunması tarixlərindən söz açıb. Vurğulayıb ki, Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabrın 9-da ölkəmizdə Dövlət Bayrağı Günü qeyd olunur.
Professor İsa Xəlilov xatırladıb ki, 1991-ci ildə üçrəngli bayrağımızı Naxçıvan Ali Sovetində yenidən Dövlət Bayrağı kimi yüksəldən ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib.
Daha sonra universitetin professoru Eyyub Kərimov hər iki günün qeyd olunmasının əhəmiyyətindən söz açıb.
AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı və Tələbə Gənclər Təşkilatının sədr müavini Səbinə Qarayeva milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolundan danışıblar.

AzTU-nun Mətbaut Xidməti