Azərbaycan Texniki Universitetində (AzTU) 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edənlər dövlət bayrağımızın tarixindən danışıblar. Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yadigarı olan bu bayraq 1918-ci il noyabrın 9-da AXC hökumətinin iclasında qəbul edilib, ümummilli lider Heydər Əliyevin qərarı ilə 1990-cı ildə Naxçıvan Ali Sovetinin binası önündə yenidən dalğalanmağa başlayıb. Prezident İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında müvafiq Sərəncam imzalayıb və noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.
Tələbələr bayrağımızın sonsuz iftixar mənbəyi olduğunu, hər bir azərbaycanlının ondan qürur duyduğunu söyləyiblər. Qeyd olunub ki, bugünkü gənclik milli-mənəvi dəyərlərimizə ehtiramla yanaşır, doğma Vətənimizə sədaqətlə xidmət edir, xalqımızın xoşbəxt gələcəyi və rifahı naminə səylərini əsirgəmir.
Sonra tələbələrin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib.

AzTU-nun Mətbuat Xidməti