İspaniyalı cərrahın adı müasir tibb tarixinə düşüb

İspaniyalı cərrahın adı müasir tibb tarixinə düşüb İl ərzində dünyanın 101 ölkəsində 800-ə yaxın ağır əməliyyat aparan torakal cərrahiyyə mütəxəssisi 44 yaşlı qalisiyalı cərrah Diyeqo Qonsales Rivasın adı müasir tibb tarixinə düşüb. Gecə-gündüz böyük ruh yüksəkliyi ilə çalışan həkimin işləyib hazırladığı texnika daha çox ona rəğbət bəslənilən Çində tanınır.
Cərrahiyyə əməliyyatı aparılan ölkələr arasında birinci yeri ABŞ tutur (ildə 400 cərrahi müdaxilə). Sonrakı yerlərdə İspaniya (iki dəfə az) və Çin dayanır. Diyeqo Qonsales Rivas ilin 6 ayını Çində keçirir və ağciyər xərçəngi olan xəstələrin sayının çox və şəfa tapanların isə az olduğu nəzərə alınarsa, onun üsulu böyük müvəffəqiyyət qazanır. O, əməliyyatlarla yanaşı, dünyanın 70 ölkəsindən olan 600-dən çox həmkarına təlim keçməyə də vaxt ayırır.
2019-cu il Diyeqo üçün xarici səfərlərlə zəngin olacaq. İspaniyada ümidvardırlar ki, bu cərrahı ölkədə saxlamaqdan ötrü bütün səylər göstəriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər