Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsində yeni növ əməliyyatların icrasına start verilib. Şöbənin müdiri Qurban İsmayılovun sözlərinə görə, bu gündən etibarən ATU-nun Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsində ekzeymer cərrahiyyəsi fəaliyyətə başlayır: “Intraleyzlə ekzeymer refraktiv cərrahi əməliyyatlarının yeni üsullarla aparılmasına start veririk.
Dünyanın ən müasir cihazlarından biri olan alberetto - 500 cihazı intraleyzlə birlikdə eyni zamanda, cərrahi seçimdən asılı olaraq, more 3 tipində mikrokeraton vasitəsilə refraksiyon əməliyyatların icrasına start vermişik. Əməliyyat yerli keyitmə altında aparılır, hər gözdə proses 2 dəqiqə müddətində başa çatır. Əməliyyatdan sonra xəstənin görmə itiliyi eynəklə gördüyü qədər bərpa olunur. Xəstə dərhal evə buraxılır”.
O əlavə edib ki, refraktiv cərrahiyyə adətən keratomlar vasitəsilə aparılan əməliyyatlardır: “Həmin bu keratomlar x-b tipli və yaxud da more tipli keratomlardan ibarət idi. Ancaq bizdə üstünlük ondan ibarət olacaq ki, həmin bu kəsiklər intraleyz vasitəsilə əlin gözlə kontaktı olmadan aparılacaq”.
Qeyd edək ki, yeni quraşdırılan cihaz sayəsində artıq 15 nəfərdə əməliyyat icra olunub. Ümumilikdə 15 əmliyyat 2 saat ərzində davam edib.
Hikmət Əliyev