“Grand Hospital” 5 aylıq körpə üzərində ağır əməliyyat apararaq həyatını xilas edib

“Grand Hospital” 5 aylıq körpə üzərində ağır əməliyyat apararaq həyatını xilas edib Ay ərzində saysız-hesabsız uğurlu əməliyyatlar icra edən “Grand Hospital” daha bir insan həyatını qurtarıb.
Xəstəxananın uşaq cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru Toğrul Ömərov 5 aylıq körpənin ağciyərindən emfizema xaric edib.
Həkimin sözlərinə görə, körpənin ağciyəri anadangəlmə qüsurlu olub:
“Yəni ağciyərin sol yuxarı payının alveollar arası arakəsmənin dağılması və ağciyərin həmin payının həddindən çox şişməsi var idi. Emfizema böyük olduğuna görə ürəyi, sol ağciyərin aşağı payını və sağ ağciyəri çox sıxaraq uşaqda tənəfüs çatışmazlığı yaratmışdı. Beş aydır körpə bu vəziyyətdə yaşayır. Pasient xəstəxanaya yerləşdirildikdən sonra hazırlanaraq planlı əməliyyata alındı və Torokotomiya olunaraq sol ağciyərin emfizema olan yuxarı payı rezeksiya olundu. Əməliyyat uğurlu başa çatdı”.
Cərrahi əməliyyat peşəkar anestezioloji komandanın dəstəyi ilə icra edilib.
Məlumat üçün bildirək ki, "Grand Hospital" 12 mərtəbədən ibarət korpusa malik, ölkənin ən böyük özəl tibb mərkəzi olaraq, sağlam işçi heyəti, müasir avadanlıqları ilə tibbin bir çox sahələri üzrə fəaliyyət göstərir.

Tehsil-press.az

Oxşar xəbərlər