UTECA-nın Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin tələbə və müəllim heyəti Mingəçevir Sənaye Parkında - “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı fabrikində ekskursiyada olublar. Çoxişlənən malların texnologiyası mühəndisliyi ixtisası üzrə təhsil alan UTECA tələbələrinə fabrikin istehsalat rəisləri İbrahim Kaylı və Hüseyn Həşimov bütün istehsalat prosesləri barədə geniş məlumatlar verib. Gələcəyin mühəndisləri fabrikdə müasir texnologiyalarla, Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə əyani şəkildə tanış olublar. İstehsalat prossesi və s. haqda onları maraqlandıran suallara aydınlıq gətiriblər.
Fabrikdə pambıq mahlıcından ildə 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulur. Burada 700-dən çox insan işlə təmin edilib ki, onların 60% - dən çoxunu qadınlar təşkil edir.
UTECA ölkənin belə aparıcı müəssisələri ilə daim əməkdaşlıq edir. Bu kimi səfərlərin təşkilində məqsəd Azərbaycan Texnologiya Universitetində təhsil alan tələbələrin ixtisaslarına uyğun olaraq gələcək karyeralarını qurmalarına, bilik və bacarıqlarının artırılmasına dəstək verməkdir.

UTECA-nın Mətbuat Xidməti