Noyabrın 30-da Azərbaycan Dillər Universitetində (ADU) İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin təşkilatçılığı, İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav və həyat yoldaşı Gili Stavın iştirakı ilə İsrailin milli və dini bayramı olan Xanuka bayramı keçirilib.
Bayramda ADU-nun Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin əməkdaşları, eləcə müəllim və tələbə heyəti iştirak edib.
İlk olaraq bayramın tarixi haqqında məlumat verən Gili Stav qeyd edib ki, yəhudilərin “Makkavi” üsyanı rəvayəti ilə bağlı keçirilən 8 günlük bayram Xanuka yəhudi təqviminə əsasən, noyabrın axırı və ya dekabr ayında qeyd olunur. “İşıqlar Festivalı” adlandırılan bayram Xanukiyanın yandırılması, ənənəvi yeməklər, uşaqlar arasında sevivon adlı dördtərəfli oyuncaqla oyunların keçirilməsi və hədiyyələrin verilməsi ilə müşayiət olunur. Həmin gün 9 şamdandan ibarət “Xanukiya” yandırılır və hər bayram günü axşam günbatandan sonra bir şam əlavə edilir.
Gili Stav bu bayramın əsas elementləri olan Xanukiya, levivot, Sevivon, Meot və ya Dmey Xanuka haqqında məlumat verib. Hər birinin açıqlamasını verən Gili Stav bu elementlərin onlar üçün nə qədər önəmli olmasından bəhs edib.
Bundan əlavə, İsrailşünaslıq ixtisasının 351-ci qrup tələbələri Xanuka bayramına həsr olunan “Qveret Kereş” tamaşası və “Lixvod Xanuka” mahnısı ilə çıxış ediblər.
İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav belə bir tədbirin ADU-da keçirilməsindən çox məmnun olduğunu söyləyib. O, azərbaycanlı tələbələrin ibri dilində səlis danışa bilməsini çox yüksək qiymətləndirib.
Sonda isə Xanukanın əsas simvolu olan Xanukiya şamlarını yandırıb.

ADU-nun Mətbuat Xidməti