Buşun cənazəsi Vaşinqtona gətirilib

Buşun cənazəsi Vaşinqtona gətirilib ABŞ-ın 41-ci prezidenti Corc Buşun (böyük) cənazəsi prezident təyyarəsi ilə Vaşinqtona gətirilib.
Cənazə Kapitoliyə yerli vaxtla dekabrın 3-ü saat 17:00-da gətirilib.
Prezidentlə vidalaşmaq istəyənlər dekabrın 4-ü səhər saatlarına qədər bunu edə biləcəklər. Dekabrın 6-sı Hyustonda dərf mərasimi keçiriləcək.
Qeyd edək ki, ABŞ-ın 41-ci prezidenti Corc Buş (böyük) noyabrın 30-u 94 yaşında dünyasını dəyişib.

Tehsil-press.az

Oxşar xəbərlər