Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın adının dəyişdirilməsinə etiraz olaraq paytaxt Skopyedə keçirilən aksiyalarda xəsarət alanların sayı 17-yə çatıb.
26 aksiya iştirakçısı saxlanılıb.
Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, parlament binası qarşısında keçirilən etirazlarda toqquşmalar zamanı 7 polis əməkdaşı xəsarət alıb.
Qeyd edək ki, dünən Yunanıstan və Makedoniyanın xarici işlər nazirləri Nikos Kotzias və Nikola Dimitrov Keçmiş Yuqoslav Respublikası Makedoniyanın Şimali Makedoniya Respublikası adlandırılması barədə saziş imzalayıblar.
Yunanıstan və Makedoniya arasında adla bağlı mübahisə 25 ildən artıqdır ki davam edir və bu ziddiyyət Makedoniyanın NATO və Avropa İttifaqına üzvlüyünə mane olur. Afina qonşu respublikanın adını Yunanıstanın Makedoniya vilayəti ilə qarışdırmamaq üçün dəyişdirməyi tələb edir.
Tehsil-press.az