Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.
UNEC rektoru, professor Ədalət Muradov və digər rəhbər şəxslər UNEC-də Heydər Əliyevin büstü önünə ehtiramla gül dəstəsi qoydular.
Tədbirdən öncə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan UNEC-in rektoru, professor Ədalət Muradov qeyd etmişdir ki, ümummilli lider yalnız dahi siyasətçi yox, həmçinin müdrük iqtisadçı olmuşdur. Rektor bildirdi ki, sovet dövründə milli iqtisadiyyatın strukturunun formalaşdırılması, milli gəlirin bölüşdürülməsi zamanı Azərbaycanın maraqlarının əsas tutulması, ölkədə olduqca əhəmiyyətli sənaye müəssisələrinin yaradılması və fəaliyyətinin təmin edilməsi uğrunda apardığı mübarizə Heydər Əliyevin Azərbaycanın gələcəyini necə düşündüyünün bir göstəricisidir.
Rektor bildirdi ki, Heydər Əliyev Azərbaycanın gələcəyi baxımından xüsusi əhəmiyyət kəsb edən insan kapitalının formalaşdırılması məsələsinə böyük diqqət yetirmişdir. Ümummilli liderin dəstəyi ilə həmin dövrlərdə təhsil almış minlərlə gənc indi də Azərbaycan naminə çalışır. Dahi şəxsiyyətin səyləri Azərbaycanın gələcəyi üçün həyata keçirdiyi işlər onu deməyə əsas verir ki, o, ölkəmizin müstəqilliyə qovuşacağına inanırdı.
“Heydər Əliyev həm də böyük bir insan idi. Onu tanıyanlar və tanımayanlar ona olan sevgisi haqqında danışırlar”. Bir çox tarixi şəxsiyyət Heydər Əliyev ilə bağlı xatirələrində onun dahi siyasətçi olduğunu vurğulayıb. Ukraynanın birinci prezidenti Leonid Kravçuk Heydər Əliyev haqqında xatirələrini bölüşərkən onun Azərbaycanın maraqlarını necə qoruduğuna xüsusi toxunub. Moskvada, MDB dövlət başçılarının iclası zamanı Heydər Əliyev Boris Yeltsinə müraciət edərək bəzi məsələlərin, o cümlədən, MDB-nin ümumi məkanının qorunması üçün şərait yaradılması və ərzaq məsələsini qaldırdı. B.Yeltsin ilk əvvəl müraciətə etinasız yanaşır, lakin L.Kravçuk Ukrayna üçün də zəruri olan məsələni dəstəklədikdən sonra qaldırılan mövzu gündəliyə salınır.
UNEC rektoru çıxışının davamında qeyd etdi ki, Heydər Əliyev həmçinin dəyərli bir ailə başçısı olub. Onun siyasətini davam etdirən İlham Əliyevin ölkəmizin daha da inkişafı, rifahı və çiçəklənməsi üçün göstərdiyi səylər, əzmlə çalışması bizi öz işimizə daha böyük inamla yanaşmağa ruhlandırır.
Sonra dahi şəxsiyyətə həsr edilmiş videoçarx nümayiş olundu.
Tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi tarixi faktlarla” adlı məruzə ilə çıxış edərək Ulu öndərin zəngin fəaliyyəti barədə məlumat verdi. “SABAH” mərkəzinin tələbəsi Jalə Rzayevanın ifasında Zəlimxan Yaqubun “Əsrin Heydər tarixi” poeması səsləndirilməsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
“Heydər Əliyev – dünya şöhrətli siyasi lider” adlı məruzə ilə çıxış edən siyasi elmlər namizədi Leyli Həmidova ümummilli liderin təkcə postsovet məkanında deyil, həmçinin bütün dünyada tanınmış şəxsiyyət olduğunu qeyd etdi.
Tədbir digər çıxışlarla davam etdi.
UNEC-in Mətbuat Xidməti