Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetdəki büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
UNEC-in rektoru, professor Ədalət Muradov ölkəmizin dünyada tanıdılması və beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsində Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıb. Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyini bildirən rektor dahi şəxsiyyətin məğlubedilməzlik, əbədi qalib nümunəsi olduğunu vurğulayıb. Rektor Ulu Öndərin kadr hazırlığı siyasətinə xüsusi önəm verdiyinə diqqət çəkərək onun bu istiqamətdəki tövsiyələrinin UNEC-in inkişaf strategiyasının əsasını təşkil etdiyini bildirib.
Milli Məclisin deputatı Musa Quliyev Heydər Əliyevin təkcə Azərbaycanın deyil, həmçinin dünyanın nəhəng siyasətçilərindən biri olduğunu qeyd edib. O, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə apardığı uğurlu daxili və xarici siyasətdən bəhs edərək dahi şəxsiyyətin müstəqillik, demokratiya, ədalətlilik, milli tərəqqi, dünyəvilik kimi dəyərlərin əsasını qoyduğunu bildirib. M.Quliyev Ulu Öndərin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurların Prezident İlham Əliyev tərəfindən bu gün də davam etdirildiyini və daha da zənginləşdirildiyini diqqətə çatdırıb.
Yeni Azərbaycan Partiyası Səbail rayon UNEC ilk ərazi təşkilatının sədri, prorektor Mikayıl Zeynalov Ulu Öndərin ordu quruculuğundakı rolundan danışıb. Görkəmli siyasi xadim Heydər Əliyevin həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısı olduğunu qeyd edən M.Zeynalov Azərbaycan Silahlı Qüvvələrinin bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşdığını və gündən-günə daha da möhkəmləndiyini bildirib.
UNEC-in kafedra müdiri, professor Əli Əlirzayev Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıb, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından bəhs edib.
UNEC-in Rus İqtisad Məktəbinin tələbəsi İmran Elçinoğlu ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti və onun əhəmiyyətindən danışıb.
Tədbirdə ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu və siyasi fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.
UNEC-in Mətbuat Xidməti