Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “SOCAR-Foster Wheeler” (FW) mühəndislik xidmətləri birgə müəssisəsinin baş direktoru Elməddin Dadaşov və onun birinci müavini Mario Castellano ilə görüşüb.
Görüş zamanı rektor ali məktəbin fəaliyyəti, əldə etdiyi uğurlar barədə məlumat verib. E.Qasımov qeyd edib ki, “SOCAR-FW” mühəndislik xidmətləri birgə müəssisəsi ali məktəbin tələbə və məzunları üçün arzuolunan qurumlar sırasındadır. Şirkətlərlə əməkdaşlığa böyük önəm verildiyini deyən rektor ali məktəblə birgə müəssisə arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.
Rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında danışan E.Dadaşov müəssisədə tələbələrlə işə böyük önəm verildiyini, onlar üçün xüsusi təcrübə proqramlarının təşkil olunduğunu bildirib.
M.Castellano müəssisədə xüsusilə avtomatlaşdırma və kimya mühəndisliyi istiqamətində bilikli gənc mütəxəssislərə ehtiyac olduğunu deyib.
Görüşdə müəssisənin tələbələrin işlə təmin olunması istiqamətində görəcəyi işlər müəyyən edilib. Yanvar ayında tələbələrə “SOCAR-FW” mühəndislik xidmətləri birgə müəssisəsi tərəfindən təqdimat keçirilməsi, həmçinin tərəflər arasında memorandumun imzalanması razılaşdırılıb. Məlumat verilib ki, müəssisənin insan resursları şöbəsi tərəfindən seçilən tələbələr təcrübə proqramında iştirak edəcəklər. Proqramı uğurla başa vuran gənclərə “SOCAR-FW” mühəndislik xidmətləri birgə müəssisəsi tərəfindən iş təklif ediləcək.

BANM-nin Mətbuat Xidməti