Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli ilə tələbələrin görüşü keçirilib.
Görüşdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı SOCAR və ADNSU arasındakı əməkdaşlığın əhəmiyyətindən danışıb. Universitetdə həyata keçirilən islahatlar barədə məlumat verən rektor tələbələrin istehsalat təcrübəsində iştirakının təmin olunması, magistrlərin işlə təmini istiqamətində yaradılan şərait və görülən işləri diqqətə çatdırıb.
Asif Bəkirli SOCAR-ın 2018-2019-cu tədris ili üçün tələbələrə yaratdığı imkanlardan və ADNSU ilə əməkdaşlıqdan bəhs edib. Mühəndis kadrların hazırlanması prosesində universitetlərlə birgə fəaliyyətin zəruriliyinə toxunan A.Bəkirli SOCAR-ın daxili təqaüd proqramlarında və istehsalat təcrübəsində ADNSU tələbələrinin xüsusi yer tutduğunu vurğulayıb.
Görüşdə, həmçinin SOCAR-ın gənclərlə bağlı həyata keçirdiyi layihələr, daxili və xarici təqaüd proqramları, ödənişli və ödənişsiz təcrübə barədə təqdimatlar olub. Qeyd edilib ki, ADNSU-nun tələbələri SOCAR-ın reallaşdırdığı təqaüd proqramlarının, yay məktəbi layihələrinin fəal iştirakçılarıdır. Belə ki, 2018-ci ildə ödənişsiz istehsalat təcrübəsinə ADNSU-dan 748 tələbə seçilib. Bu günə qədər isə ADNSU-dan ümumilikdə 3 min 392 nəfər SOCAR-da təcrübə keçib.
Sonra SOCAR-ın proqramlarında fərqlənən tələbələrə mükafatlar təqdim olunub.
Görüşdə tələbələrin sualları cavablandırılıb.

ADNSU-nun Mətbuat Xidməti