Əlbəttə ki, hər yerdə,- qəti fərqi yoxdur hansı ölkə olsun,- insanlar ötüşməkdə olan illəri, ümumiyyətlə, yaxın və uzaq keçmişi xatırlayarkən daha çox yaxşı hadisələri diqqətə gətirməyə cəhd edirlər və bu da təbiidir, çünki həyat eyni dərəcədə yaxşılıqlardan və pisliklərdən ibarət olsa da hamı yaxşılıqların daha çox olduğunu qabartmağa meyllidir, yoxsa yaşamaq daha da çətin olardı, insanlar tez sınardılar, həyatın özü də daha statik və donuq olardı və heç kim onun yaxşılığa doğru dəyişməsi üçün cəhd etməzdi; o səbəbdən ki, bir işin faydasız olduğunu irəlicədən biləndə çox az adam ona baş qoşur və belə bir halda insanlara oturub –durub “ümidsiz mübarizə” haqqında ekzistensial fəlsəfə oxumaq da tamam mənasız işdir...
Amma bir daha deyirik ki, həyat həyatdır–nə tamam qaradır, nə də ki, ağ. Həm də onun üzünü qaraldan da, ağ edən də biz insanlarıq və bizim bu əməllərimizə görə bizdən başqa kimsə hesabat verəsi deyil. Odur ki, həyatın qara ləkələri, qara səhifələri də bizimkidir.
Nə isə, başınızı çox da ağrıtmayacam. İstər şəxsi planda, istərsə də ictimai planda, həm ölkədə, həm də ölkədən kənarda çox hadisələr oldu bu il. Amma bir olay bəndənizə çox təsir etdi və onu daha çox sarsıtdı – bu da səudiyyəli jurnalist Camal Qaşıqçının qətli idi.
Ona bir neçə, özü də ən fərqli, müxtəlif rakurslardan yanaşmaq olar: burada həm Şərq adlı bir xarabalığın, həm də “dünya siyasəti adlı” iblis peşəsinin eybəcərlikləri eyni dərəcədə və eyni uğurla təzahür edir.
Təsəvvür edin ki, bu adamın hətta necə öldürülməsı tam, doğru-dürüst dəqiqləşmədi: biri dedi ki, bədənini hissələrə bölüblər, digəri ərz etdi ki, xüsusi bir məhlulda əridiblər.
Amma dərindən düşünəndə, oturub ciddi şəkildə götür-qoy edəndə bunun da elə bir fərqi yox idi: həm qoca Şərqin cəlladlarının çox əsrlik ənənələri və təcrübəsi, həm də 21-ci əsrin adam öldürmək sahəsində verdiyi super-yeni biliklər o qədər “zəngin”dir ki, onların üzərində bir-bir dayanmaq, necə deyərlər, bu dəhşətli prosesin bütün təfərrüatlarına varmaq normal adamdan, yumşaq şəkildə desək, böyük əsəb tələb edir...
Camal Qaşıqçı adi jurnalist deyildi: düşünürük ki, “Vaşinqton Post”un köşə yazarı olmaq istər Amerika mühitində, istərsə də kənarlarda hələki özünün magik dəyərini, hətta deyərdik ki, xofunu tamamilə itirməyibdir. Bunu digər media strukturlarında çalışanları bir azacıq aşağılamaq kimi yozmayın, amma bütün hallarda “Vaşinqton Post” ayrı şeydir, Səudiyyə adlı orta əsrlər cəhənnəmində nəşr olunan hər hansı qəzet tamam başqa bir şey...
Bəli, düşünürdük ki, “Vaşinqton Post” həm də ona görə sıradan olan, adidən də adi nəşr deyildir ki, onu ən azı səhər yeməyi süfrəsi arxasında cənab prezident Donald Tramp vərəqləyir.
Bəli, bütün sadəlövh insanlar kimi biz də belə düşünürdük. Amma sizə deyim ki, Donald Trampın Camal Qaşıqçı məsələsində nala-mıxa vurması və axırda da faktiki olaraq heç nə etməməsi şəxsən mənə təəccüblü görünmədi. Donald müəllim bəlkə də ürəyinin dərinliklərində mediaya, jurnalsitlərə heç də Səudiyyə şahzadələrindən az nifrət etmir.
Üstəlik, bir yazıda diqqətimi çox maraqlı detal cəlb etdi ki, Camal Qaşıqçı həm də Trampın da fəal tənqidçilərindən biri olub və buna görə xəbərdarlıq, hətta cəza da alıbdı.
Bəli, demək olar ki, Trampı tənqid edən çoxdur, amma onların heç birinin burnu qanamayıb. Düzdür, amma burada C.Oruellin əsərindən bir cümlə yadıma düşür: bütün heyvanlar bərabərdir, amma bəziləri daha çox bərabərdir! Ruhu məni bağışlasın, Qaşıqçı da “daha çox bərabər idi”, çünki zənnim aldatmırsa, ADŞ-da yaşasa da Səudiyyə vətəndaşı idi, bu isə o deməkdir ki, “second nation” – “ikinci dərəcəli millət” idi...
Yox, zənnim məni aldadırsa və Camal Qaşıqçı artıq ABŞ vətəndaşı idisə, o halda yadıma məşhur lətifə düşür. Abram qaça-qaça, sevincək arvadının yanına gəlib deyir ki, Sara, təzə pasport almışam, qurtulduq. Sara rişxəndlə onu süzüb deyir: “Axmaq, vuranda pasporta yox, sifətinə vuracaqlar”...
Ona görə də Qaşıqçı hətta ABŞ vətəndaşı olsaydı belə yenə də səudiyyəli, şərqli idi. Belələrini isə hətta ABŞ –ın özündə belə ayrıca həbsxanada – Quantanamada saxlayırlar.
Qərəz, bir nəticəmiz də budur ki, ömrümüz boyu səfirliklərin, konsulluqların ən təhlükəsiz yer olduğunu düşünmüşük, ən müxtəlif vaxtlarda insanlar bu məkanlara sığınıblar. Amma görünür, belə deyilmiş, səfirliyə çağırıb adamı parça-parça edə, poloniumla, yaxud da başqa radioaktiv maddə ilə zəhərləyə bilərlər...
Fəqət, bu da hamısı deyildir. Bir də gördün adamı hansısa idarəyə çağırıb məhlulda əritdilər və dedilər ki, belə bir adam heç yerli - dibli olmayıb – axı bu Şərq deyilən cəhənnəm Dünyanın ən azı dördən biri deməkdir, üstəlik, bu axmaq Dünya özü də gör-götür Dünyasıdır...

Hüseynbala Səlimov